Onlayn ictimai-siyasi qəzet
Polşa prezidenti Andjey Duda bildirib ki, ABŞ prezidenti Donald Tramp Varşavanın dəvətini qəbul edib və yaxın vaxtlarda Polşaya səfər edəcək.
“Tramp Polşanı ziyarət edəcəyini təsdiqlədi. Hazırda bu, texniki məsələdir — səfərin hansı mərhələdə baş verəcəyi dəqiqləşdirilməlidir: bu, ya "Üç Dəniz Təşəbbüsü" sammiti, ya da Haaqada keçiriləcək NATO sammiti ilə bağlı ola bilər,” — deyə Duda PAP agentliyinə açıqlamasında bildirib.
Trampın səfəri Avropadakı geosiyasi gərginlik fonunda mühüm əhəmiyyət daşıyır. Polşa və ABŞ-ın strateji tərəfdaşlığı çərçivəsində bu görüşün regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsinə ciddi təsir edəcəyi gözlənilir.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ