İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp nüvə eskalasiyası pilləsində ilk addımı atdı

Böyük Britaniyanın nüfuzlu "The Telegraph" nəşri ABŞ prezidenti Donald Trampın Rusiyanın sərhədlərinə nüvə sualtı qayıqlar göndərməsini "nüvə eskalasiyası pilləsində atılan ilk real addım" kimi qiymətləndirib.

Musavat.com xəbər verir ki, məqalədə vurğulanır ki, Hətta Soyuq Müharibə dövründə belə, heç bir ABŞ prezidenti nüvə sualtı qayıqlarını birbaşa Rusiya sularına göndərməyə cəsarət etməmişdi. Trampın bu addımı Vaşinqtonun nüvə strategiyasında köklü dəyişiklik kimi dəyərləndirilir.

"The Telegraph" yazır ki, bu vəziyyət yeni bir Karib böhranı olmasa da, risklər kifayət qədər yüksəkdir: “Əgər prezident Vladimir Putin oxşar şəkildə cavab verməyə qərar versə, bu, ciddi böhrana səbəb ola bilər. Hərçənd hazırkı mərhələdə Moskvanın analoji addım atması az ehtimal olunur”.

Nəşr qeyd edir ki, ümumiyyətlə, Ukrayna böhranının bu səviyyəyə çatmasının əsas səbəblərindən biri də Qərbin “Rusiya ehtimal ki, cavab verməz” yanaşmasına əsaslanmasıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR