İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Mərkəzi Amerikanı cəzalarla əzir: yeni və heyrətamiz sanksiyalar

ABŞ prezidenti Donald Tramp Kolumbiyanın deportasiya edilmiş miqrantları qəbul etməkdən imtina etməsi səbəbilə bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edildiyini açıqlayıb.

Musavat.com yazır ki, Trampın bəyanatına görə, Kolumbiyadan idxal olunan bütün məhsullara 25%-lik rüsum tətbiq ediləcək.

Bununla yanaşı, Tramp Kolumbiya vətəndaşlarının ABŞ sərhədlərində daha ciddi yoxlamalara məruz qalacağını bildirib. O, həmçinin Kolumbiya hökumət nümayəndələrinin ABŞ-a girişinə qadağa qoyulduğunu elan edib və idxal rüsumlarının bir həftə ərzində 50%-ə qədər artırılacağı ilə hədələyib.

Bu sanksiyalar ABŞ-Kolumbiya münasibətlərində gərginliyin artmasına səbəb olub və geniş beynəlxalq reaksiyalara yol açıb. Ekspertlər, sanksiyaların hər iki ölkə arasında iqtisadi və siyasi əlaqələrə ciddi təsir göstərə biləcəyini qeyd edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR