Onlayn ictimai-siyasi qəzet
İsveçrənin Sürix şəhərində 28 yaşlı ibtidai sinif müəllimi şagirdlərə qarşı seksual xarakterli hərəkətlər törətdiyinə görə məhkəməyə çıxarılıb.
Musavat.com xəbər verir ki, hadisə yerli ictimaiyyətdə ciddi rezonans doğurub.
İstintaq materiallarına görə, müəllim 10–11 yaşlı oğlan uşaqlarına qarşı yolverilməz davranışlar tətbiq edib. Məhkəmənin qərarı ilə o, 15 ay şərti azadlıqdan məhrumetmə cəzası alıb və ömürlük uşaqlarla işləmək qadağası ilə cəzalandırılıb.
Hakim hökm oxuyarkən bildirib ki, bu hadisə “sadəcə sərhədlərin pozulması deyil, zorakılıq aktı”dır. Təqsirləndirilən şəxs öz günahını tam etiraf edib, hərəkətlərini “iyrənc” adlandırıb və məhkəmədə üzr istəyib. O, həmçinin psixoloji terapiya kursundan keçdiyini vurğulayıb.
Məhkəmə qərarına əsasən, əgər müəllim gələcəkdə oxşar hüquq pozuntusuna yol verərsə, şərti cəza real həbslə əvəz olunacaq. Zərərçəkən uşaqların valideynləri maddi kompensasiya tələb ediblər, bəzi ödənişlərin artıq həyata keçirildiyi bildirilir.
Hadisədən sonra məktəb rəhbərliyi və təhsil orqanları əlavə nəzarət və psixoloji dəstək tədbirləri görüb. Sürixdə bu hadisə uşaqların təhlükəsizliyinə dair ciddi ictimai müzakirələrə səbəb olub.
Musavat.com
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ