İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: Mən prezident olsaydım, bu, baş verməzdi

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında gedən müharibənin dayandırılması üçün yaxın vaxtlarda razılaşma əldə olunacağına ümid etdiyini bildirib.

“Biz baxırıq, bunu dayandıra bilərikmi. Və düşünürəm ki, irəliləyiş əldə edirik. Buna görə də bunu yüksək qiymətləndiririk. Ümid edirik ki, Rusiya və Ukrayna ilə döyüşlərin dayandırılması üçün tezliklə bir razılaşma əldə edəcəyik.

Bu savaş çox mənasızdır. Bu, dəhşətli bir şeydir. Əgər mən o vaxt prezident olsaydım, bu, heç vaxt baş verməzdi. Amma artıq baş verib və bizə bu vəziyyət miras qalıb. Düşünürəm ki, biz bunu dayandıra biləcəyik. Biz daha sürətli hərəkət etməliyik”, – deyə Tramp hökumət toplantısında jurnalistlərlə söhbətində qeyd edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR