Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronu Ağ Evin girişində qarşılamayıb.
Musavat.com xəbər verir ki, Makron avtomobildən düşərək jurnalistlərə əl edib və təkbaşına binaya daxil olub.
Fransa liderinin Vaşinqtona səfərinin əsas məqsədi Ukrayna ilə bağlı müzakirələrə Avropa İttifaqının da daxil edilməsinə nail olmaqdır. Makron bu mövzuda Trampı razı salmağa çalışır.
Bu görüş, Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ABŞ-Avropa münasibətlərindəki gərginlik fonunda baş tutur. Ağ Ev rəhbərinin Makronu rəsmi qarşılamama qərarı isə diplomatik cəhətdən diqqət çəkən məqam kimi qiymətləndirilir.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ