İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İrana dəhşətli zərbə hazırlayır: Fevraldan başlanır...

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İrana qarşı “maksimum təzyiq strategiyası”na, o cümlədən yeni genişmiqyaslı sanksiyalar paketinə qayıtmağı düşünür.

Musavat.com xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Bildirilir ki, daha sərt sanksiyalar fevral ayında tətbiq oluna bilər və onların İranın neft sənayesindəki əsas oyunçulara təsir edəcəyi gözlənilir. Mənbələr bildiriblər ki, Trampın əsas müşavirləri arasında Tehrana qarşı sərt iqtisadi siyasətə qayıtmağın zəruriliyi ilə bağlı ümumi konsensus var.
Trampın komandası Venesuelaya doğru mümkün addımları da qiymətləndirir, lakin bu istiqamətdə strategiyanın təfərrüatları hələ açıqlanmayıb.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Yanvar 2025

16 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR