İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzaya 1 milyon nəfərlik ərzaq çatdırılıb 

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzza zolağında 1 milyon insana ərzaq çatdırıb.

Muavat.com xəbər verir ki, məlumat qurumun “Facebook” səhifəsində açıqlanıb: "Atəşkəs razılaşmasının ilk günlərində UNRWA bir milyon insanı - anklavın əhalisinin yarısını qidalandırmaq üçün kifayət edəcək ərzaq gətirdi. Bizim onları çatdırmaq üçün ehtiyatlarımız, resurslarımız və kadrlarımız var".

UNRWA həmçinin qeyd edib ki, Qəzza zolağında 75 illik təcrübəyə əsaslanaraq, agentlik “bacarıqlara, şəbəkəyə malikdir və yardımı bütün regionda effektiv şəkildə yaymağı planlaşdırır”: “Bizə sadəcə olaraq İsrail hakimiyyətinin yaşıl işığı lazımdır”.

Daha əvvəl bildirilmişdi ki, humanitar yardım daşıyan ən azı 6000 yük maşını oktyabrın 11-dək Qəzza zolağına daxil olacaq. Ümumdünya Ərzaq Proqramının (ÜƏP) nümayəndəsi Martin Frik qeyd edib ki, təxminən 100 min ton ərzaq ehtiyatı hələ də yoldadır və onlar anklava çatdıqdan sonra "təhlükəsiz və etirbarlı çıxış təmin edilərsə, təxminən üç ay ərzində Qəzza üçün kifayət qədər ərzaq olacaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR