İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulun məşhur tramvayı yandı - VİDEO

İstanbulun Taksim meydanı ilə Beyoğlu tuneli arasında hərəkət edən nostalji tramvayda yanğın baş verib.

Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Bildirilib ki, yanğına səbəb qısaqapanma olub.

Tramvayın sürücüsü dərhal yanğınsöndürən balon ilə yanğına müdaxilə edərək alovu söndürüb.

Əraziyə polis, yanğınsöndürən və təcili tibbi yardım qrupları göndərilib, tramvay qaraja aparılıb.Qeyd olunur ki, yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR