Onlayn ictimai-siyasi qəzet
İsrailin Ben Qurion hava limanında protokoldan kənar maraqlı an yaşanıb. ABŞ Prezidenti Donald Tramp Baş nazir Binyamin Netanyahu və xanımını öz prezident avtomobilinə dəvət edib.
Musavat.com xəbər verir ki, bu jest rəsmi protokol qaydalarına zidd olsa da, tərəflər arasında yaranmış isti münasibətlərin göstəricisi kimi qiymətləndirilir. Tramp və Netanyahu cütlüyü birlikdə Knessetə yollanıblar.
Mənbələr bildirir ki, səfərin məqsədi regionda atəşkəs razılaşmasının reallaşdırılması və yeni sülh təşəbbüslərinin müzakirəsidir.
Musavat.com
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ