İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp inauqurasiyadan əvvəl dünyaya təsir göstərməyə başlayıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yalnız gələn il yanvarın 20-də Ağ Evə rəhbərlik edəcək, lakin artıq beynəlxalq münasibətlərə, xüsusən də Ukrayna və İsrailə təsir edir.

Musavat.com xəbər verir ki, bu fikri cümə günü Bloomberg agentliyi bildirib.

Keçmiş Tramp administrasiyasının rəsmilərindən birinə görə, gələcək prezident beynəlxalq münasibətlərdə o, hazırkı Amerika lideri Co Baydendən daha sərt olacaq. Nəşr qeyd edir ki, bu səbəbdən ABŞ-nin opponentləri əvvəlcədən öz siyasətlərini dəyişməyə başlaya bilərlər.

Bloomberg hesab edir ki, Ukrayna və İsrail Amerika administrasiyasının gözlənilən dəyişikliyinə ən həssas olan ölkələr olacaq. Vaşinqton Atlantik Şurasının eksperti Şelbi Magid hesab edir ki, Trampın qələbəsi “Ukraynanın ritorikasını və onun danışıqlara baxışını dəyişib”. O qeyd edib ki, Ukrayna “Trampın qələbəsindən sonra danışıqların reallıq olduğunu qəbul etməyə doğru irəliləyir”.

Bloomberg yazır ki, İsrailə gəlincə, ABŞ vitse-prezidenti Kamala Harrisin qələbəsi yəhudi baş naziri Benyamin Netanyahunu inauqurasiyadan əvvəl bəzi güzəştlərə getməyə vadar edə bilərdi, Trampın qələbəsi isə Yaxın Şərq münaqişəsinə yanaşmada “baş naziri gücləndirdi”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR