İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp demokratların rəhbərlik etdiyi daha 5 şəhərə hərbi qüvvə yeritməyə hazırlaşır

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Agentliyi Demokratik Partiya rəsmilərinin rəhbərlik etdiyi beş şəhərə operativ reaksiya qrupları göndərməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu məlumatı NBC-yayıb.

Bildirilir ki, söhbət demokrat merlərin rəhbərlik etdiyi Sietl, Çikaqo, Filadelfiya, Nyu-York şəhəri və Şimali Virciniya bölgəsindən gedir. Mənbələr agentliyin həmin şəhərlərdə dərhal reydlər keçirməyi planlaşdırıb-planlaşdırmadığını açıqlamasa da, həmin ərazilərdəki bütün bölmələrə tam hazırlıq vəziyyətində olmaq əmri verilib.

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinin xüsusi sürətli cavab qrupları, vasitələrlə təchiz edilmiş bölmələrdir.

Qeyd edək ki, Trampın siyasətinin əleyhdarları “No Kings” kampaniyası çərçivəsində iyunun 14-də ölkə boyu etiraz aksiyaları keçirməyi planlaşdırır.

Təşkilatçılar bəyanatda bildiriblər ki, bütün ştatların 1500-dən çox şəhərində keçiriləcək etiraz aksiyalarında 200-dən çox vətəndaş fəalı qrupu iştirak edəcək. Tramp etirazçılara qarşı güc tətbiqi ehtimalı barədə xəbərdarlıq edib və əlavə edib ki, onları “ABŞ-a nifrət edən insanlar” hesab edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR