Onlayn ictimai-siyasi qəzet
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Kamala Harrislə debata hazırlaşmaq üçün keçmiş demokrat konqresmen Tulsi Qabbara müraciət edib.
Musavat.com “Nyu-York Tayms”a istinadla xəbər verir ki, konqresmen Qabbar Demokratlar Partiyasının ilkin seçkilərində vitse-prezident Harrislə qarşılaşıb və qəzetin qeyd etdiyi kimi, onun San-Fransiskoda prokuror kimi işini tənqid edərək, debatda hazırkı onu məğlub edib.
Trampın qərargahı iki siyasətçinin görüşünü təsdiqləsə də, respublikaçının köməyə ehtiyacı olmadığını bildirib.
Belədə sual çıxır: ortada yardım xahişi yoxdursa, o zaman iki rəqib partiyanın tanınmış simalarının seçki kampaniyasının qızğın şağında görüşməsinin mənası nədir?
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ