İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Çinin internet səhifəsi ilə mübarizədən danışdı

ABŞ prezidenti Donald Tramp gələn həftə Çinin “DeepSeek” chatbotunu geridə qoyacaq yeni süni intellekt (AI) layihəsini təqdim edəcəyini bildirib.

Musavat.com xəbər verir ki, Tramp Çin layihəsinin güclü tərəflərində səhv bir şey görmədiyini qeyd edib:

“Düşünürəm ki, bu, yaxşı ola bilər, daha ucuz olsa, bizə də fayda verəcək. Artıq gələn həftə digər insanlar “DeepSeek”i ötəcək müxtəlif süni intellekt proqramını elan edəcəklər”.

Trampın sözlərinə görə, ABŞ texnoloji liderliyini itirməyəcək: “Xeyr, biz hökmran olacağıq. Biz hər şeyə hakim olacağıq”.

“DeepSeek” Çin texnologiya şirkəti tərəfindən hazırlanmış süni intellekt platformasıdır. Bu platforma əsasən genişmiqyaslı məlumat emalı və aşağı hesablama tələbləri ilə tanınır. “DeepSeek”in inkişafında Çindəki qabaqcıl texnologiya təşkilatlarından biri sayılan “Baidu” öncül rol oynayıb. “Baidu” süni intellekt və böyük məlumat texnologiyaları sahəsində ixtisaslaşmış tanınmış şirkət hesab olunur.

Bu həftə “DeepSeek” kiberhücuma məruz qaldığını və internetdəki qeydiyyatı müvəqqəti olaraq məhdudlaşdırmağa məcbur qaldığını bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR