İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp bunu da etdi - Bir neçə saat sonra canlı yayında açıqlayacaq

ABŞ prezidenti Ağ Evdə ilk kriptosammitdə çıxış edəcək – ABŞ-da “rəqəmsal Fort-Noks” yaradılır

Bu gün ABŞ prezidenti Donald Tramp Ağ Evdə ilk dəfə keçirilən kriptosammitdə çıxış edəcək. Musavat.com bu barədə ABŞ mediasına istinadla xəbər verir.

Tədbirin rəqəmsal maliyyə sektoru üçün tarixi əhəmiyyət kəsb edəcəyi gözlənilir. Trampın çıxışı zamanı ABŞ-da milli bitcoin ehtiyatının yaradılması ilə bağlı detalları açıqlayacağı bildirilir. Prezident bu təşəbbüsü “rəqəmsal Fort-Noks” adlandırır.

Həmçinin, sammitdə konfiskasiya olunmuş kriptoaktivlərin idarə olunması ilə bağlı yeni planların təqdim ediləcəyi gözlənilir. Tədbirdə kriptovalyuta sənayesinin aparıcı nümayəndələri, administrasiya rəsmiləri və ABŞ-ın rəqəmsal aktivlər üzrə prezident işçi qrupunun üzvləri iştirak edəcək.

Kriptosammitin təşkilatçıları – “kriptoçar” David Səks və işçi qrupunun icraçı direktoru Bo Hains bildirirlər ki, bu sammit ABŞ-ın yeni kriptovalyuta strategiyasının başlanğıc nöqtəsi olacaq.

Donald Trampın çıxışı böyük maraq doğurur. Onun administrasiyası kriptovalyuta bazarının tənzimlənməsinin yumşaldılması və rəqəmsal aktivlərin dəstəklənməsi istiqamətində kurs götürüb. Bu isə Trampın əsas seçki vədlərindən biri olub.

Ekspertlər hesab edirlər ki, Trampın çıxışı kriptovalyuta bazarının gələcək inkişafı üçün mühüm siqnal olacaq. Tədbir ABŞ vaxtı ilə 15:00-da (Bakı vaxtı ilə 24:00-da) birbaşa yayımlanacaq.

Musavat.com əlavə məlumat verəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR