İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: "Baydenin hərəkətlərinə görə üçüncü dünya müharibəsi başlaya bilər"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydenin siyasətinə görə dünyanın qlobal münaqişəyə hər zamankindən daha yaxın olduğunu bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, xüsusi videomüraciət də yayıb.

Trampın sözlərinə görə, “xarici siyasətdə səhv qərarlar verən korrupsioner isteblişmentin nümayəndələrindən qurtulmaq lazımdır”.

"Bura öz adamları tərfindən bəyənilməyən prezident Bayden də daxildir",-deyə Tramp söyləyib.

Ağ Evin sabiq rəhbərinin iddiasına görə, o, prezident olanda ABŞ-ı münaqişəyə necə sürükləməyə çalışan generalların və bürokratların “fəlakətli məsləhətlərini” rədd edib. O, dövlət katibinin müavini Viktoriya Nulandı misal çəkib.

Trampın fikrincə, qlobal münaqişə riski indi həmişəkindən daha yüksəkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR