İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Baydeni ABŞ tarixinin ən korrupsioner prezidenti adlandırdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydeni ABŞ-ın “ən korrupsioner” prezidenti adlandırıb və ölkə qanunvericilərini hərəkətə keçməyə çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o özünə məxsus olan Truth Social platformasında yazıb.

“Co Bayden ABŞ tarixinin ən korrupsiyalaşmış prezidentidir və Nümayəndələr Palatasında hər gün bununla bağlı sübutlar gətirilir”, - deyə o bildirib.

Eks-prezident statusunda ABŞ Senatındakı respublikaçıların “nə üçün hələ də çıxıb fırıldaqçı Co Baydenin, radikal sol demokratların, faşistlərin və marksistlərin ölkəyə (ABŞ-a -red.) qarşı törətdikləri cinayət əməllərinə görə qınamadıqlarını” soruşub.

“ABŞ xalqı Senatın hərəkətə keçməsini nə qədər gözləyəcək?" – deyə Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti (Kaliforniya ştatı) “Baydenin ailəsinin xaricdəki korrupsiya sxemlərində əli olduğuna görə” impiçment prosedurunu başlatmaq niyyətində olduqlarını açıqlamışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR