Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasının Ryazan vilayətində 3 nəfər 16 yaşlı qızı 14 yaşlı qaraçı oğluna ərə vermək üçün qaçırıb.
Musavat.com gazeta.ru-ya istinadla xəbər verir ki, onlar məktəbli qızı zorla maşına mindirərək Moskvaya tərəf aparıblar. Cinayətkarlar sonda çevik polis qüvvələri tərəfindən Kolomnada yaxalanıblar.
Sonradan məlum olub ki, oğlanın valideynləri “gəlin”i fotoşəkillərdən seçiblər və onu heç vaxt şəxsən görməyiblər. “Bəy”in özü isə gələcək toy və adam oğurluğu planı haqqında heç nə bilməyib.
Rusiya İstintaq Komitəsinin yetkinlik yaşına çatmayan qızın qaçırılması faktı ilə bağlı cinayət işi açıb. İş üzrə şübhəli bilinən şəxslər 1985 və 1986-cı il təvəllüdlü kişilər, həmçinin 2008-ci il təvəllüdlü gəncdir. Onların hamısı saxlanılıb və yaxın vaxtlarda barələrində həbs qətimkan tədbiri seçiləcək.
Cinayət qızın valideynləri ilə birlikdə yaşadığı Rıbnoye şəhərində törədilib. Qız azad edilərək valideynlərinə təhvil verilib.
Yerli jurnalistlərin məlumatına görə, qız, onu qaçıranları tanımır, könüllü olaraq maşına minməkdən imtina edib və onlar onu zorla ora sürükləməyə başlayanda fəal müqavimət göstərib.
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ