Onlayn ictimai-siyasi qəzet
Amerika administrasiyasının xarici məhsullara tətbiq etdiyi gömrük rüsumları ABŞ-ni “yenidən zənginləşdirəcək”.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, prezident Donald Tramp bazar günü Floridadan Vaşinqtona qayıdan prezident təyyarəsinin göyərtəsində jurnalistlərlə söhbətində buna əmin olduğunu bildirib.
“Düşünürəm ki, tariflər ölkə olaraq indiyə qədər etdiyimiz ən böyük iş olacaq. Bu, ölkəmizi yenidən zənginləşdirəcək”, - dövlət başçısı hesab edir.
ABŞ lideri Fox News telekanalına müsahibəsində onun administrasiyasının tətbiq etdiyi tariflərin bu il ABŞ-da tənəzzülə səbəb olacağına inanıb-inanmadığına cavab verməkdən imtina edib. Jurnalistlər ondan müsahibə zamanı sualı cavablandırarkən "bir az tərəddüd etdiyi" üçün potensial tənəzzüldən narahat olub-olmadığını soruşublar. “Mən sizə deyim ki, əlbəttə, buna şübhə edə bilərsiniz. Kim bilir? Tək bildiyim odur ki, yüz milyardlarla dollar rüsum alacağıq və o qədər varlanacağıq ki, bütün bu pulları nə vaxt xərcləyəcəyinizi bilməyəcəksiniz. Mən sizə deyirəm, sadəcə baxın. İş yerlərimiz olacaq. Burada fabriklər açılacaq. Hər şey gözəl olacaq”, - deyə dövlət başçısı yekunlaşdırıb.
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ