İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyada Lula da Silvanın Trampla telefon danışığı aparmasını istəmirlər

Braziliya rəhbərliyi ölkə lideri Lula da Silva ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığının olmasını istəmir.

Musavat.com xəbər verir ki, bunu “O Globo” qəzeti yazıb. Bildirilir ki, buna səbəb mümkün telefon danışığı zamanı iki ölkə arasında münasibətlərdə münaqişənin kəskinləşməsi ehtimalının yüksək olmasıdır.

Bundan əvvəl Ağ Ev bir sıra Braziliya mallarına 50 faizlik rüsumların tətbiq ediləcəyini açıqlayıb. Braziliya rəhbərliyində hesab edirlər ki, "Lula da Silva ilə Tramp arasında telefon danışığı zamanı nəsə səhv olarsa, Braziliyanın maraqlarına dəyən zərər daha da böyük ola bilər".

Buna görə də Braziliya administrasiyası danışıqların iki ölkənin maliyyə nazirləri arasında olmasını istəyir. Bundan əvvəl Braziliyanın vitse-prezidenti Geraldo Alkmin ilə ABŞ rəsmiləri arasında görüş baş tutub, onun nəticələri hələlik açıqlanmayıb. Bu görüşdən əvvəl Lula da Silva bildirmişdi ki, Alkmin Ağ Evlə tariflərə yenidən baxılması ilə bağlı razılığa gələ biləcə.

Qeyd edək ki, Braziliya rəhbərliyi Lula da Silvanın Trampla Ağ Evdə görüşməsini də istəmir: Vladimir Zelenski və Ramafosa ilə baş verən halların təkrarlanması ehtimalına görə. Buna görə də Braziliya tərəfi görüşün sentyabrda Vaşinqtonda keçiriləcək BMT Baş Assambleyasının iclası çərçivəsində baş tutmasını təşkil etməyə çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR