Onlayn ictimai-siyasi qəzet
Hindistan hökuməti Rusiyadan neft idxalına görə Qərbdən gələn tənqidlərə münasibət bildirib.
Musavat.com xəbər verir ki, Hindistanın Xarici İşlər Nazirliyi bu barədə bəyanat yayaraq ölkənin enerji bazarında sabitliyi və əlçatan qiymətləri qorumaq məcburiyyətində olduğunu vurğulayıb.
Rəsmi açıqlamada Qərb ölkələrinin Hindistana yönəltdiyi tənqidlərə cavab olaraq bildirilib: “Tənqidi səsləndirən dövlətlərin özləri də Rusiya ilə ticarəti davam etdirirlər. Bizim fərqimiz ondadır ki, bu ticarət Hindistan üçün həyati əhəmiyyət daşıyır, onlarınkı isə belə deyil”, – deyə bəyanatda qeyd olunub.
XİN-in sözlərinə görə, Hindistan öz vətəndaşlarının rifahını və enerji təhlükəsizliyini prioritet sayır və bu çərçivədə qərar verir.
Qeyd edək ki, Qərb ölkələri Hindistanı Rusiyadan xam neft alaraq dolayısı ilə Moskvanın büdcəsini dəstəkləməkdə ittiham edir. Bununla belə, Hindistan hökuməti bu ittihamları əsassız sayır və iqtisadi maraqlarını ön plana çəkir.
Musavat.com
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ