Onlayn ictimai-siyasi qəzet
Bu gün Türkmənistanda - Türkmənbaşı şəhərindəki Avaza Milli Turizm Zonasında Birləşmiş Millətlər Təşkilatının Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı işə başlayır. Təşkilatçıların sözlərinə görə, burada 30-dan çox ölkənin nümayəndələri iştirak edəcək.
Konfrans dövlət və hökumət başçılarının çıxış edəcəyi plenar iclasla başlayacaq. Onu BMT-nin baş katibi Antonio Quterreşin, ardınca isə Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovun açacağı gözlənilir. Forumda iştirak etmək üçün Ermənistan, Özbəkistan, San-Tome Demokratik Respublikası və Prinsipidən Vaaqn Xaçaturyan, Şavkat Mirziyoyev və Karlos Manuel Vila Nova, habelə Esvatini Kralı III Msvati artıq Türkmənbaşıya gəliblər. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin də gəlişi planlaşdırılır. Ümumilikdə tədbirdə 30-dan çox ölkənin nümayəndəsi iştirak edəcək. Konfransda müzakirə olunan mövzular arasında: dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün ticarətin asanlaşdırılması, belə ölkələr üçün struktur transformasiyası, diversifikasiya və innovasiyalar, onların iqlim dəyişikliyinə və təbii fəlakətlərə uyğunlaşma qabiliyyətinin artırılması, infrastrukturun yaradılması və maneəsiz tranzit sistemlərinin təşviqi, qlobal tərəfdaşlığın gücləndirilməsi və digər mövzular. Tədbir avqustun 8-dək davam edəcək.
Dünyada dənizə çıxışı olmayan 32 ölkə var. Onların ümumi əhalisi 500 milyon nəfərdən çoxdur.
BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə birinci konfransı 2003-cü il avqustun 28-29-da Almatıda (Qazaxıstan), ikinci konfransı 3-5 noyabr 2014-cü ildə Vyanada (Avstriya) keçirilib.
Musavat.com
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ