İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahunu məhkəməyə verən baş prokuror vəzifədən azad edildi – Ali Məhkəmə qərarı dayandırdı

Musavat.com xəbər verir ki, İsrail hökuməti baş nazir Benyamin Netanyahunu məhkəməyə verən baş prokuror Gali Baharav-Miara­nın vəzifədən azad olunmasına razılıq verib.

Qərar Ədliyyə naziri Yariv Levinin təklifi əsasında hökumət üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Baş prokuror Baharav-Miara qərarı qanunsuz adlandıraraq məhkəməyə müraciət edib. Nəticədə İsrailin Ali Məhkəməsi bu qərarın icrasını müvəqqəti olaraq dayandırıb.

Qeyd edək ki, Baharav-Miara Netanyahunun korrupsiya ittihamları ilə bağlı araşdırmaların əsas fiqurlarından biri sayılır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR