İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstriya məhkəməsi Rusiyaya qarşı dəhşətli prosesə start verdi: 120 milyon dollarlıq əmlak...

Vyana Rayon Məhkəməsi Rusiyanın Avstriyadakı aktivlərinin Ukraynanın “Naftoqaz” Milli Səhmdar Cəmiyyətinin xeyrinə müsadirəsinə icazə verib. Musavat.com xəbər verir ki, məlumatı Der Standard nəşri yayıb. Bildirilir ki, qərar “Naftoqaz”ın Rusiya tərəfindən işğal olunmuş Krım ərazisində qalan aktivlərinin dəyərinin ödənməsi tələbini təmin edir.

Qərara əsasən məhkəmə Avstriyada Rusiyaya məxsus 20-dən çox daşınmaz əmlaka həbs qoyulmasına icazə verib və onlar hərracda satılaraq pulu “Naftoqaz”a ödəniləcək.

 “Naftoqaz” öz press-relizində hərraca çıxarılması planlaşdırılan aktivlərin ümumi dəyərinin 120 milyon avro dəyərində qiymətləndirildiyini bəyan edib. Şirkətin İdarə Heyətinin sədri Serhiy Koretski deyib: "Bu, Krımda Naftogaz Qrupunun aktivlərinin qanunsuz ələ keçirilməsinə görə Rusiyadan 5 milyard dollardan çox vəsaitin geri alınması istiqamətində daha bir praktik addımdır. Oxşar iddialara digər yurisdiksiyalarda da baxılır. Gec-tez Rusiya hər şeyin əvəzini ödəyəcək. İstisnasız".

Nəşr xatırladıb ki, 2023-cü ilin aprelində Haaqa Daimi Arbitraj Məhkəməsi nəzdində Arbitraj Məhkəməsi Rusiyanın “Naftoqaz”a 5 milyard dollar ödəməsini nəzərdə tutan qərar qəbul edib. Rusiya tərəfi bu məsələ ilə bağlı məhkəmənin yurisdiksiyasını tanımır. Lakin Avstriyada başladılan proses Rusiyanın digər ölkələrindəki aktivləri üçün presedent formalaşdırır.

Xatırladaq ki, 2025-ci ilin iyununda “Naftoqaz” şirkəti İsveçrədə Rusiyanın “Qazprom” şirkətinə qarşı arbitrajda qalib gəlib. Beynəlxalq arbitraj məhkəməsi Rusiyanın enerji şirkətini Naftogaz-a 1,37 milyard dollar ödəməyə məcbur edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR