İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ABŞ Konstitusiyasının qüvvədən düşdüyünü hesab edir 

 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək və onun yenidən hakimiyyətə qaytarılması üçün ölkə konstitusiyasına son qoymağa, gələcək seçkilərin nəticələrini tanınmamasına çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

“2020-ci il prezident seçkilərinin nəticələrini ləğv edib hüquqi qalibi elan edirsiniz, yoxsa yeni seçki keçirirsiniz? Bu tip və miqyasda kütləvi saxtakarlıq bütün qanunların, qaydaların və maddələrin, hətta Konstitusiya maddələrinin belə ləğvinə imkan verir”,- deyə Tramp “Truth” sosial şəbəkəsindəki statusunda yazıb.

Keçmiş prezident burada “Big Tech”i (ABŞ-ın texnologiya nəhənglərini) demokratlarla sıx əməkdaşlıq etməkdə ittiham edib.

Ağ Evin mətbuat katibi Endryu Bates Trampın sözlərini şərh edərək onun hamılıqla qınanılmalı olduğunu deyib.

“Amerikanı yalnız qalib gələrkən sevmək olmaz. ABŞ Konstitusiyası 200 ildən artıqdır ki, böyük ölkəmizdə azadlığın və qanunun aliliyinin hökm sürməsini təmin edən müqəddəs sənəddir. Partiyasından asılı olmayaraq seçilmiş liderlər ona əməl etməyə and içirlər”,-deyə o söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR