Onlayn ictimai-siyasi qəzet
Əvvəllər az qala hər gün toy xəbəri eşidir, hər ay toy dəvətnaməsi alırıdıq.
Hər binanın qarşısında toy korteji düzülür, “Vağzalı” çalınırdı. Tez-tez açıq məkanda fotosessiya etdirən bəy-gəlin görürdük. Təbii ki, bu da toy biznesini ən gəlirli sahəyə çevirirdi. Koronavirus (COVID-19) pandemiyası zamanı ölkədə toyların keçirilməsində müəyyən qədər fasilə yarandı. Nəticədə bu biznesə pul yatıran sahibkarlar ciddi problemlərlə üzləşdilər.
Ardınca toylara qadağa aradan qaldırlsa da, sanki toy sektoruna müəyyən düzən gəldi. Xüsusən də qonaqların sayı azaldı. Son zamanlar isə toy biznesinin iştirakçıları vəziyyətdən gileylənməyə başlayıblar.
İqtisadçı Natiq Cəfərli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, şadlıq saraylarında toyların azalması demoqrafik amillərə də bağlı ola bilər:
"Çünki bizdə hər zaman dalğavari demoqrafik tsikl olur. Yəni evlənənlərin sayının azalması toyların da sayının azalmasına səbəb olur. Çünki mənzil problemi, sosial problemlər evlilik yaşını artırıb. Əvvəllər evlilik yaşı 23-27 idisə, indi daha gec yaşları əhatə edir. Sosial-iqtisadi problemlərin olduğu bir şəraitdə evlənənlərin də sayının azalması müşahidə edilir”.
Ekspert deyib ki, bunun digər bir səbəbi də gənclərin oxumaq üçün xarici ölkələri seçmələri olub:
“Belə gənclərin sayı artır və bu vəziyyət ehtimal ki, toyların azalmasına da təsirsiz ötüşmür".
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ