İnsanlara hürriyət, millətlərə istiqlal!

“Toy-bayram” edən Paşinyan 8 gün əvvəl demişdi ki... - Beyni 90-larda qalan Qərbə ŞİLLƏ kimi FAKTLAR

Qarabağdan köçən ermənilərin sayı ilə manipulyasiya edən Ermənistan bu yolla mədəni dilənçiliyə başlayıb.

100 minə yaxın Qarabağ ermənisinin Ermənistana gəldiyini açıqlayan Paşinyan hökuməti Azərbaycana qarşı təbliğat maşınını işə salıb. Halbuki ermənilərin İkinci Qarabağ müharibəsindən sonrakı sayı maksimum 50 min civarında olub. “Ermənilərin Qarabağdan köçürülməsi İrəvanın əsas planı deyil” - deyən Paşinyan Ermənistana ayaq basan hər erməniyə cib doldurmaq vasitəsi kimi baxır. Az qala onların ölkəyə girişini toy-bayram edə.

NİKOL.png (586 KB)

Paşinyan təxminən 8 gün əvvəl hökumətin iclasında bildirmişdi ki, “B” planına uyğun olaraq Qarabağdan gələn ermənilər üçün 40 mindən çox yer hazırlanıb, onların qida və dərman məsələləri həll olunub. “Biz hazırıq” - deyən Paşinyan kor-kor, gör-gör bu hazırlığı dünyadan diləndiyi yardım sayəsində tamamlamağı əməlli-başlı ölçüb-biçib. Qarabağdan köçən ermənilərin “qayğısına qalan” Paşinyan gecəsini günüzünə qatıb. Dünən İrəvan Avropa Komissiyasına yardım üçün müraciət edib. İtaliya Ermənistanın səsinə səs verib, onun yolunda hərəkətə keçib. İtaliya hökumətinin müraciət barədə yaydığı açıqlamada Ermənistanın əsasən zəruri ilkin ehtiyac materialları, həmçinin tibbi-sanitar materiallar istədiyi bildirilir. Bir sözlə, dünya yenə İrəvana işləyir, ermənilər üçün humanitar yardım kampaniyasına restart verilib.

GOCEN.png (802 KB)

30 il Azərbaycanın haqq səsini eşitməyən Qərb təsisatları Qarabağdan çıxan ermənilərə yardım üçün sıraya düzülüblər. Qalib Azərbaycana bu dəfə də 90-cı illərin gözü ilə baxırlar. Ayrıseçkilik, ikili standartlar meydan sulayır. Humanitar yardımın göstərilməsində etnik mənsubiyyət, irq, din amili əldə bayraq edilir.

1988-93-cü illərdə Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində Qarabağdan və Şərqi Zəngəzurdan didərgin düşən 1 milyona yaxın azərbaycanlı ölkənin müxtəlif bölgələrinə sığındı, yarımçıq tikililərdə, çadırlarda, vaqonlarda məskunlaşmalı oldu.

CADİR.jpg (233 KB)

Vətən həsrətindən çadırlarda, vaqonlarda can verənlər də oldu. Aclıq, məhrumiyyət çoxunu sağalmaz xəstəliklərə düçar etdi. Gülüş üzlərində dondu. Dünya isə bu faktlara lal, kar, kor oldu.

QACQİN.jpg (63 KB)

Mən də 93-ün Qubadlı köçkünlərindən biriyəm. O məhrumiyyətlərdən mən də dadmışam. 30 il keçib, dünya eyni dünyadır.

İl 2023 - Beynəlxalq Donorlar Birliyi Qarabağın erməni əsilli sakinlərinə yardım edir. Bu donor icması etnik təmizləməyə məruz qalan, ayaqyalın, başıaçıq öz yurd-yuvasından qovulan, qanına qəltan edilən azərbaycanlı məcburi köçkün və qaçqınları isə bir dəfə də yada salmadı. Əlinə düşəni ermənilərə yedirdi. O erməniləri ki, demək olar yaşadıqları evlərin divarlarından başqa hər şeylərini özləri ilə Ermənistana daşıyıblar. Azmış kimi, gözəlim Xankəndini zir-zibil içində boğmağa çalışıblar. Dediyim kimi, sadəcə çalışıblar, biz öz viran torpaqlarımızı da gülüstana çevirən xalqıq.

@@TVmusavat/69922@@

Dünya yaşadığı torpağı belə mundarlayan, qarnı tox, gözü ac erməniləri hamilikdən vaz keçmir.

“Development”dən danışan Qərbin beyni 90-larda qaldı, inkişafı öz sərhədlərində, bir də ermənilərə əl tutmaqda gördülər. Başda Fransa olmaqla, öz kiçik, “müdafiəsiz” bacılarını qorumağa çalışdılar. Bu qorumanın bu gedişlə qəbirə qədər gedəcəyi göz qabağındadır. Makronlar gedəcək bir gün, Qərbin erməni sevgisi isə əbədidir.

Bu gün də ölkəmizdə hələ də öz evinə, torpağına qayıda bilməyən yüz minlərlə insan var. Amma onlar yada düşmür, heç bir humanitar yardım göstərilmir. Ermənilərə yardım barədə danışan donor təşkilatlar azərbaycanlılarla bağlı susurlar.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dediyi kimi, “ayrıseçkiliyə yol vermədən humanitar reaksiya və yardım insanlığın əsas prinsipi olmalıdır”. Lakin biz bu vaxta kimi Qərbin insanlığın bu prinsipinə əməl etdiyini görməmişik.

HİKMET SON.jpg (57 KB)

Azərbaycan dövləti isə hər zaman öz vətəndaşlarına qayğı göstərib. Belə ki, 1993-2019-cu illərdə qaçqın və məcburi köçkünlərin sosial təminatı və digər məsələlərə 10 milyard manat həcmində vəsait xərcləyib. Bu vəsaitin 4 milyardı dövlət büdcəsindən, 2,5 milyardı Dövlət Neft Fondundan, 1,4 milyardı beynəlxalq maliyyə qurumlarından, qalanı isə digər mənbələrdən götürülüb. 2020-2023-cü illərdə vahid aylıq müavinət daxil olmaqla, hər il üçün 380 milyon manat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 600 milyon manat, təhsil və s. xərclər dövlət tərəfindən ödənilir.

Bəs dünya hansı günə, hansı yana?

Biz dünyanın kor gözlərini açmasını, ƏDALƏTlə tanış olmasını gözləyirik.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR