İnsanlara hürriyət, millətlərə istiqlal!

Toy axşamında bəyin ölümünün yeni detalları - Atası DANIŞDI (ŞOK YENİLİKLƏR)

Qazaxda toy axşamında özünü asaraq intihar edən bəyin ölümü ilə bağlı bəzi detallar məlum olub.

Belə ki, oğlunun cansız bədənini atası İsmayıl Omarov aşkarlayıb.

O bildirib ki, oğlu toyuna dəm-dəsgahla hazırlaşırdı: "Bağa getmişdim, dedim bəlkə traktorla ot gətirməyə gedib. Çönən kimi oğlumun asılmış meyiti gözümə sataşdı".

Mərhumun dostu Məhəmməd Ayvazovun sözlərinə görə, Əhliman Omarovun sevgi münasibəti üç il davam edib və aralarında heç bir problem olmayıb.

Qeyd edək ki, Əhliman Omarov Orta Salahlı kənd məzarlığında dəfn edilib.

Xatırladaq ki, hadisə may ayının 31-i Qazaxda baş verib. Orta Salahlı kənd sakini 27 yaşlı Əhliman Omarov özünü asaraq canına qıyıb. Onun intiharından üç gün əvvəl isə qız toyu olub. Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR