Onlayn ictimai-siyasi qəzet
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində kirayə verilmiş mənzildə tək qalan azyaşlı oğlan uşağı aşkarlanıb.
Evi kirayə götürən qadın uşağını 3 gün öncə evdə qoyaraq başqa yerə gedib.
Azyaşlı qonşuların müraciəti əsasında aşkarlanaraq xəstəxanaya yerləşdirilib. Ona lazımı tibbi yardım göstərilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlar tərəfindən Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyini tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub.
"Dərhal polis əməkdaşları sözü gedən ünvana gediblər orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar. Uşaq əməkdaşlar tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardımlar göstərilib, uşağın sağlamlığında həyatı təhlükə olmadığı məlum olub. Rayon ərazisində fəaliyyət göstərən kafelərin birində çalışan uşağın anasınla isə profilaktik söhbətlər aparıb və sonradan uşaq anasına təhvil verilib". (report)
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ