Onlayn ictimai-siyasi qəzet
Tovuzda ananın evdə tək qoyub getdiyi körpə Bakıya gətirilib.
Musavat.com-un xəbərinə görə, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, uşaq hazırda Bakıda xəstəxanadadır:
“Vəziyyəti normaldır, sabah gedib ona baş çəkəcəyəm”.
Qeyd edək ki, Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.
Uşaq polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardımlar göstərilib, uşağın sağlamlığında həyati təhlükə olmadığı məlum olub.
Ana Aygün Qədimova nikahdankənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq övladına sahib çıxmaq istəməyib.
Şahanə Rəhimli
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ