İnsanlara hürriyət, millətlərə istiqlal!

Elnarə həyat yoldaşı ilə: “Dünyanı sevgi xilas edəcək”  


Müğənni Elnarə Xəlilova həyat yoldaşı, telejurnalist Rövşən Cahangirovla birgə yeni fotolarını bölüşüb.

Musavat.com xəbər verir ki, sənətçi sosial media hesabında yayımladığı görüntülərlə həftəsonunu dəniz kənarında keçirdiklərini nümayiş etdirib.

Paylaşıma sənətçi “Dünyanı sevgi xilas edəcək” sözlərini qeyd edib.

Onun bu sözləri izləyicilər tərəfindən müsbət qarşılanıb, paylaşıma çoxlu sayda bəyənmə və şərhlər gəlib.
İzləyicilər Elnarənin ailə dəyərlərinə verdiyi önəmi, təbii və səmimi görünüşlərini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Elnarə Xəlilova və Rövşən Cahangirov uzun illərdir ailəlidirlər. Onların bu evlilikdən dörd övladı var.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR