İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüquq müdafiəçiləri: Çeçen qızı Laura təhlükəsiz yerə köçürülüb


Gürcüstanda ailə üzvləri tərəfindən oğurlanmağa cəhd edilən çeçen əsilli Laura Avtorxanova hazırda təhlükəsiz şəraitdədir və ölkəni tərk etməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə bu barədə yerli “Marem” təşkilatı və “SK SOS” böhran qrupu məlumat yayıblar.
Hüquq müdafiəçilərinin açıqlamasına görə, Avtorxanova Gürcüstanda “azad və təhlükəsiz yerdədir”.
SK SOS-un məlumatında qeyd olunur ki, polis orqanları həmçinin Avtorxanovanın yaxınlarına qarşı çıxarılmış müdafiə qərarına baxmayaraq, onların Gürcüstana necə daxil ola bilməsini və onunla necə təmas qurduqlarını araşdıracaq.

Xatırladaq ki, 14 iyul gecəsi Laura Avtorxanova bacısı və beş nəfər çeçen kişi ilə birlikdə sığınacağın ərazisini tərk etmişdi. Daha sonra o, Tiflisdə polis şöbəsinə müraciət edib. Hüquq müdafiəçiləri onun yaxınlarının təzyiqi ilə ölkəni könüllü tərk etməsi barədə ərizə yazmağa məcbur edilə biləcəyindən ehtiyat edirdilər. Lakin polis şöbəsinə Laura təkbaşına daxil olub və daha sonra vəkili onun yanına gəlib. Bacısı və onu müşayiət edən beş nəfər isə şöbədə olmayıb.
“Marem” təşəbbüs qrupu Gürcüstan polisinə vəziyyəti araşdırmağa və qızı ailəsinə təhvil vermədiklərinə görə təşəkkür edib.

Layihənin məlumatına görə, Laura Avtorxanova valideynləri ilə də telefon əlaqəsi qurub. Onlar Avtorxanovanı zorla Rusiyaya aparmayacaqlarına söz veriblər və qızın Gürcüstanda qalmasına razı olduqlarını bildiriblər – lakin bunun müqabilində hüquq müdafiəçilərindən Laura ilə bağlı paylaşımlarını silmələrini istəyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR