İnsanlara hürriyət, millətlərə istiqlal!

Cahid Şahbazovla bağlı vəkildən açıqlama - Məşhur həkimə qarşı cinayət işi açılıb?

Məşhur oftalmoloq Cahid Şahbazov barəsində cinayət işi açılması xəbərlərinə onun vəkili Asim Abbasov aydınlıq gətirib.

Musavat.com-un məlumatına görə, vəkil bildirib ki, yayılan məlumatlarda qeyri-dəqiqlik var.

ASİM.jpeg (192 KB)

Asim Abbasov

“Hüquqlarını müdafiə etdiyim Cahid Şahbazov barəsində yayılan xəbərlərlə bağlı qeyd etmək istəyirəm ki, cinayət işi birbaşa onun barəsində deyil, fakt üzrə başlanılıb.

Belə ki, vətəndaş Humay Əliyevanın şikayəti əsasında Səbail Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə fakt üzrə cinayət işi başlanılıb.

Bu mərhələdə hüquqlarını müdafiə etdiyim Cahid Şahbazov məsuliyyətə cəlb olunmayıb. Qanunvericiliyə əsasən, hər hansı şəxsin təqsirli bilinməsi yalnız məhkəmə hökmü ilə müəyyən oluna bilər.

Bu cür məlumatlar ictimai rəyi çaşdırmaqla bərabər, tanınmış bir həkimin illərlə formalaşdırdığı nüfuza ciddi zərbə vurur”, - Asim Abbasov qeyd edib.

Xatırladaq ki, Humay Əliyeva oftalmoloq Cahid Şahbazov tərəfindən uğursuz əməliyyat keçirdiyini və görmə qabiliyyətini itirdiyini iddia edir.

Bu gün isə C.Şahbazov barəsində cinayət işi açıldığı barədə məlumat yayılıb.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR