İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovmasyan Azərbaycana yaxınlaşmaqla bağlı sözlərinə görə cəzalandırılıb?  


Xəbər verildiyi kimi Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə özünü hökumət elan edən qondarma “DQR”in oyuncaq parlamentinin “sədri” David Tovmasyan istefa verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzetində maraqlı məlumat yayılıb.

Qəzetin informasiyasına əsasən, buna əsas səbəb onun vəziyyətə nəzarət etməməsi, içki içməyi xoşlaması və bəzən diqqətsiz açıqlamalar verməsidir. Hətta Tovamasyanın məclislərdən birində “Azərbaycan çoxmillətli ölkədir, biz min illərdir ki, bu xalqlarla yan-yana yaşamışıq” dediyi də bildirilir..
Qəzet Tovmasyanın gözdən düşməsinə səbəblərdən biri kimi onun qondarma qurumun “Təhlükəsizlik Şurası”nın keçmiş “katibi” Samvel Babayanla yaxınlaşmasını göstərib. Tovmasyanın yerinə daşnakların namizədi David İşxanyanın gətiriləcəyi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR