Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Batman vilayətinin Beşiri rayonunda yerləşən Çığırlı kəndində canavar hücumu heyvandarlara ciddi zərər vurub.
Musavat.com xəbər verir ki, kənd sakini Remzi Üleçə məxsus tövləyə girən canavar sürüyə hücum edərək bir qoyunu öldürüb.
Hadisə anbaan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Görüntülərdə canavarın gecə saatlarında tövləyə daxil olduğu, sürüdəki qoyunlara hücum etdiyi və bir heyvanı sürüyərək həyətin kənarına apardığı açıq-aşkar əks olunub. Remzi Üleç səhər saatlarında tövlədə bir qoyunun yox olduğunu aşkar edib və təhlükəsizlik kamerasına baxdıqda hadisənin necə baş verdiyini öyrənib.
Kənd sakinləri canavarların yaşayış məntəqəsinə qədər yaxınlaşmasından narahat olduqlarını bildiriblər. Onlar aidiyyəti qurumlardan tədbir görülməsini istəyirlər.
Hadisə ilə bağlı yerli baytarlıq və təhlükəsizlik orqanlarına məlumat verilib. Araşdırma aparılır.
Musavat.com
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ