İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tosuncuk” həbs edildi

Türkiyədə böyük maliyyə fırıldağı ilə gündəmə gələn “Çiftlik Bank” davasında məhkəmə qərarını açıqlayıb.

Musavat.com xəbər verir ki, məhkəmə, dələduzluqla ittiham olunan Mehmet Aydın (Tosuncuk) və qardaşı Fatih Aydın da daxil olmaqla 20 nəfərlə bağlı hökm çıxarıb.

Anadolu 6-cı Ağır Cəza Məhkəməsi tərəfindən keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Mehmet Aydın, Fatih Aydın, Osman Naim Kaya və Havva Özbay iştirak edib.

Rekord həbs cəzası: 45 min 376 il!

Məhkəmənin qərarına əsasən, Mehmet və Fatih Aydın aşağıdakı cinayətlərdə təqsirli bilinərək 45 min 376 il 6 ay həbs cəzasına məhkum ediliblər. 

İnformasiya texnologiyaları və bank sistemlərindən istifadə etməklə dələduzluq

Cinayətkar təşkilat yaratmaq və ona rəhbərlik etmək

Maliyyə vəsaitlərinin leqallaşdırılması (pulların yuyulması)

Ticarət fəaliyyəti adı altında dələduzluq

Digər təqsirləndirilən şəxslərə də müxtəlif müddətli həbs cəzaları verilib. Məhkəmə prosesində “qara qutu” kimi tanınan Osman Naim Kaya isə bəzi ittihamlardan bəraət alaraq “cinayətkar təşkilata üzv olmaq” maddəsi ilə 3 il həbs cəzası alıb.

Eyni zamanda, Osman Naim Kaya və Havva Özbayın azadlığa buraxılmasına, Mehmet Aydın, Fatih Aydın və Koray Hasgülün isə həbsdə qalmasına qərar verilib. 

Mənbə: https://www.kizilirmakgazetesi.com/tosuncuk-ve-kardesine-45-bin-yil-hapis-cezasi

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR