İnsanlara hürriyət, millətlərə istiqlal!

Tom Barak Livandadır – İsraillə bağlı mühüm yol xəritəsi müzakirə olunur

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barak Livan rəhbərliyi ilə Hizbullah şiə hərəkatının tərksilah edilməsini və İsraillə münaqişənin həllini nəzərdə tutan yol xəritəsini müzakirə edəcək.

Musavat.com xəbər verir ki, məlumatı “Asharq al-Awsat” qəzeti yayıb.

Bildirilir ki, artıq Beyruta gələn Amerika nümayəndəsi bu gün respublika prezidenti Cozef Aun, parlamentin sədri Nəbih Berri və baş nazir Nəvaf Salamla danışıqlar aparacaq.

Nəşrin məlumatına görə, avqustun 5-də Hizbullah-la silahların 2025-ci ilin sonuna kimi Livan ordusuna təhvil verilməsi planını təsdiqləyən respublika hökuməti bunun müqabilində ABŞ nümayəndəsinin İsraildən Livanın cənubundakı işğal olunmuş beş bölgədən öz qüvvələrinin mərhələli şəkildə çıxarılması ilə bağlı güzəşt əldə edəcəyini gözləyir.

Aun bazar günü “Əl Hadath TV”-yə verdiyi müsahibədə izah etdi ki, Barak yol xəritəsi 27 noyabr 2024-cü ildə İsraillə əldə edilmiş atəşkəs razılaşmasını tamamlayır. Eyni zamanda o, Livanın münasibətləri normallaşdırmaq üçün yəhudi dövləti ilə dialoqa girmək niyyətində olmadığını və "bölgədə ədalətli sülhə nail olmaq üçün ümumərəb səylərinə" sadiq olduğunu vurğulayıb.

Prezident qeyd edib ki, Amerika planının dəstəklənməsi Livanın İsrailin təcavüzü zamanı dağılmış ərazilərin bərpası üçün beynəlxalq maliyyə yardımı almasına yol açır: “Livan müharibələrdən və böhranlardan yorulub və biz ölkəni daxili və xarici zərbələrdən qorumaq üçün hər cür səy göstərəcəyik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR