İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayev proqnoz verdi: "Gələn il daha çətin olacaq"

 Qazaxıstanın dövlət başçısı Kasım-Comart Tokayev hökumətin iclasında Qazaxıstanda vəziyyətin getdikcə pisləşdiyini vurğulayıb.

Musavat.com qazax mediasına istinadla xəbər verir ki, Tokayev deyib: “Vətəndaşlar hökumətin və bütün səviyyələrdə olan icra hakimlərinin işindən narazılıqlarını bildirirlər. Və onların sözlərində həqiqət var. Təəssüf ki, vəziyyət getdikcə pisləşir, əhalinin həyat səviyyəis aşağı düşür. Vətəndaşların və kəndlilərin güzəranı üçün çox vacib olan infrastrukturun köhnəldiyini, hətta yararsız hala düşdüyünü desək, mübaliğə olmaz. Belə bir vaxtda boş oturmaq olmaz. Ona görə də bu vəziyyət hər kəs üçün təhlükəlidir. Üstəlik, gələn il indikindən daha mürəkkəb və çətin olacaq”.

Bundan əvvəl prezident Ekibastuz İES-in dövlətə satılması təklifinə cavab verib.

O, mərkəzi dövlət qurumlarının işindən də danışıb. Prezident qeyd edib ki, dövlət qurumlarının rəhbərləri hələ də müəyyən məsələlərlə bağlı müstəqil qərarlar qəbul etməkdən çəkinirlər.

Dövlət başçısı hökumətə əhalinin borc yükünün azaldılması ilə bağlı tədbirlərə baxmağı tapşırıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR