İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayev işgəncələrə qarşı qanunu imzalayıb

Qazaxıstanın Cinayət Məcəlləsinin 146-cı maddəsinə (“İşgəncə”) yeni cinayət – “Qəddar və ya ləyaqəti alçaldan rəftar” maddəsi əlavə edilib.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, prezident Kasım-Jomart Tokayev işgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qarşısının alınması və məhkumların hüquqlarının genişləndirilməsi ilə bağlı qanun imzalayıb.

“Dövlət başçısı “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına cinayət prosesi, cəzanın icrası, habelə cinayətlərin qarşısının alınması sahəsində insan hüquqlarına əlavə və dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb. 

Qanunda nəzərdə tutulmuş norma “işgəncə” anlayışının tərifinin aydınlaşdırılması, habelə “pis rəftar” anlayışının tətbiqi, bununla da qəddar və ya ləyaqəti alçaldan rəftara görə yeni cinayət əməlinin yaradılmasından ibarətdir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR