İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayev: "Bəzi siyasətçilər çıxışlarını "ChatGPT" ilə hazırlayırlar"

"Süni intellekt iqtisadi məhsuldarlığı artırır, lakin həm də risklər daşıyır".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Belarusda keçirilən Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxış edərkən bildirib.

"Artıq bu gün rabitə, nəqliyyat, enerji, istehsal, səhiyyə və təhsil kimi ənənəvi görünən sahələrdə süni intellekt tətbiq olunur. Təbii ki, süni intellektin tətbiqi ilə bağlı mənfi cəhətlər də var. Məsələn, "ChatGPT". Tələbələr bu vasitədən istifadə edirlər. Bəzi siyasi liderlərin də çıxışlarında çatbotun onlara köməklik etdiyini söyləyirlər", - dövlət başçısı bildirib.

Eyni zamanda, Qazaxıstan prezidenti bunun süni intellektin və ümumilikdə rəqəmsallaşmanın yan təsiri olduğuna diqqət çəkib.

"Amma biz artıq onsuz keçinə bilmərik. Bu, demək olar ki, qlobal inkişafın əsas xəttidir", - prezident bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR