İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayev Astanada keçiriləcək beynəlxalq forumu ləğv etdi - SƏBƏB

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iyun ayında Astanada keçirilməsi nəzərdə tutulan beynəlxalq forumu ləğv edib.

Musavat.com xəbər verir ki, prezident bunu Qazaxıstanda misli görünməmiş daşqınlar və genişmiqyaslı dağıntıların nəticələrinin aradan qaldırılması üçün maliyyə resurslarına qənaət edilməsi, ölkə vətəndaşlarına yardımın göstərilməsi zərurəti ilə əsaslandırıb.

Tokayev "X" səhifəsində yazıb ki, forum 2025-ci ildə işini bərpa edəcək.

"Ümid edirəm ki, tədbirin dəvət olunmuş iştirakçıları bu qərara anlayışla yanaşacaqlar", - Tokayev qeyd edib.

Qeyd edək ki, iyunun 13-14-də respublikanın paytaxtında Qazaxıstan prezidentinin sədrliyi ilə Astana Beynəlxalq Forumu keçirilməli idi. İştirakçıların dörd əsas istiqamətə diqqət yetirməsi gözlənilirdi: xarici siyasət və beynəlxalq təhlükəsizlik, beynəlxalq inkişaf və davamlılıq, enerji və iqlim dəyişikliyi, iqtisadiyyat və maliyyə.

Onu da bildirək ki, əvvəl Qazaxıstan hökuməti Rusiyanın Orenburq vilayətindən gözlənilən böyük su axını barədə məlumat vermişdi ki, bu da Nazirlər Kabinetinin xəbərinə görə, yaxın günlərdə Atırau və Qərbi Qazaxıstan vilayətlərinə çatacaq. Respublikanın baş naziri Oljas Bektenov bildirib ki, Uralsk və Atırauda qüvvələrin və resursların maksimum səfərbər edilməsi lazımdır.

Mart ayından başlayan daşqınlarla əlaqədar Qazaxıstanın Rusiya ilə həmsərhəd olan bir sıra regionlarında yerli fövqəladə vəziyyət elan edilib. Tokayev daşqınları respublikada son 80 ildə ən böyük iqlim fəlakəti adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR