Onlayn ictimai-siyasi qəzet
Türkiyənin ilk yerli elektromobili "Togg" ilk dəfə gəlin maşını olub.
Musavat.com İHA xəbər agentliyinə istinadən xəbər verir ki, Bursada millət vəkilliyinə namizəd olan sənaye və texnologiya naziri Mustafa Varank evliliyə hazırlaşan cütlüyə öz avtomobilinin gəlin maşını kimi istifadəsinə şərait yaradıb.
Ötən gün mədəniyyət mərkəzinin açılışında cütlüyün toy xəbərini öyrənən nazir bu gün vədinə əməl edib. Qırmızı rəngli "Togg" ilk dəfə gəlin maşını kimi bəzədilib. Bursa Böyükşəhər Bələdiyyə başçısı Alinur Aktaş isə gəlin maşınının sürücüsü olub. Görüntülər hər kəsin marağına səbəb olub.
Qeyd edək ki, Türkiyənin ilk elektromobili "Togg" Prezident İlham Əliyevə, eləcə də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə hədiyyə olunub.
Musavat.com
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ