İnsanlara hürriyət, millətlərə istiqlal!

"Titanik"in rejissoru "Titan" faciəsi barədə film çəkəcək

Məşhur rejissor Ceyms Kemeron  ötən ayın 18-də okeanın 560 metr dərinliyində partlayan sualtı "Titan" batiskafı faciəsinin filmə uyğunlaşdırılması ilə bağlı danışıqlara başladı.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, rejissor "Titanik" gəmisinin qəzasını araşdırmaq üçün batmış batiskafa diqqəti yönəldəcək serialın çəkilişi ilə bağlı böyük striminq xidməti ilə danışıqlar aparır. Qeyd edilir ki, planlaşdırılan layihənin prodüserləri əsas rolları ifa etmək üçün aktyorlar Mett Deymon və Kumail Nanjiani cəlb etmək istəyirlər.

“Bu mövzu Kemeronun ürəyinə yaxındır. O, "Titanik" hekayəsini o qədər şəfqətlə taradıb kii, bu, onun üçün təbii bir addım kimi hiss olunur”, - deyən mənbə rejissorun serialı yaratmaq üçün nə vaxt, nə də maliyyə məhdudiyyətinin olmadığını qeyd edib. O, həmçinin əlavə edib ki, Kameron layihəni idarə etməyə əsas namizəddir.

Qeyd edək ki, "Titan"ın göyərtəsində pakistanlı milyarder ata-oğul Şahzadə və Süleyman Davudlar, ingiltərəli milyarder Hamiş Hardinq və iki ekipaj üzvü olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR