İnsanlara hürriyət, millətlərə istiqlal!

"Titan" batiskafının sahibi olan şirkət sosial media hesablarını silib

Qəzaya uğramış “Titan” sualtı qayığının sahibi olan “OceanGate Expeditions” (ABŞ) şirkəti sosial şəbəkələrdəki bütün hesablarını silib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, əvvəllər OceanGate Expeditions-ın Facebook* və Instagram*, həmçinin Twitter və LinkedIn hesabları var idi. Onlara giriş cümə günü, iyulun 14-də yoxa çıxıb.

Şirkətin saytında daha əvvəl OceanGate Expeditions-ın tədqiqat və kommersiya fəaliyyətinin dayandırılması ilə bağlı mesaj yerləşdirilib.

Xatırladaq ki, Atlantik okeanında "Titanik"in batdıığı yerə gedən "Titan" batiskafı ilə əlaqənin kəsilməsi 2023-cü il iyunun 19-da məlum olub. Üç gün sonra ABŞ Sahil Mühafizəsi qurğunun qalıqlarını aşkar edib və ekspertiza bütün ekipaj üzvlərinin öldüyünü təsdiqləyib.

Mütəxəssislər hesab edirlər ki, faciənin qarşısını almaq olardı, çünki ekskursiyaları ziyarət edən bir çox şəxslər və şirkətin keçmiş işçisi bu batiskafın təhlükəli olduğunu bildiriblər. OceanGate Expeditions 2021-ci ildə "Titanik"in qəzaya uğradığı yerə ekspedisiyalar aparmağa başlayıb və turun qiyməti bir nəfər üçün təxminən 250.000 dollar olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR