Onlayn ictimai-siyasi qəzet
“Rusiya Federasiyası ilə münasibətləri normal vəziyyətə gətirmək və Rusiya Federasiyasının qərarlarını strateji müttəfiqlik qərarları çərçivəsində qəbul etmək imkanları tükənməyib”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
“Əsas problem Ermənistan hökumətinin Rusiya ilə müəyyən məsələlərdə fikir ayrılığının olması deyil: təbii ki, müxtəlif mövzularda mövqelər fərqli ola bilər. Vəziyyətin mürəkkəbliyi ondan ibarətdir ki, Ermənistan hakimiyyəti bütün bunları durmadan gərginləşdirir, toqquşmalara gətirib çıxarır və onu elə bir həddə çatdırmağa çalışır ki, daha əvvəlki münasibətlərə qayıtmaq mümkün olmasın.
Rusiyanın bu və ya digər situasiyada hərəkətləri/hərəkətsizliyi ilə bağlı mənim də cavabsız suallarım çoxdur. Lakin hər hansı bəyanat verərkən və ya qərar qəbul edərkən yadda saxlamaq lazımdır ki, Rusiya bu regionda əsas oyunçudur və onunla münasibətlərin dəfni gözlənilməz nəticələrə gətirib çıxara bilər”,-deyə Abramyan bildirib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ