İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiktoker "Magerramov"dan xəbər var

Nərimanov Rayon Məhkəməsində tiktoker Əmrah Məhərrəmovun ("Magerramov") həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciətinə baxılıb.

Məhkəmə vəsatəti təmin edərək onun barəsindəki həbs qərarını ev dustaqlığı ilə əvəz edib.

Xatırladaq ki, Ə.Məhərrəmov ötən ilin dekabrında saxlanılmış və CM-nin 234.1-1-ci maddəsi (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) ilə təqsirləndirilərək həbs edilmişdi.

Qeyd edək ki, bir müddət əvvəl "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimov da analoji qərarla ev dustaqlığına buraxılmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR