Onlayn ictimai-siyasi qəzet
“TikTok” sosial şəbəkəsində vətəndaşlar haqqında rüsvayedici məlumatlar paylaşan səhifə haqqında araşdırma başlayıb.
Musavat.com xəbər verir ki, “TikTok” sosial şəbəkəsində “aydan.quluzadə” adlı profildən vətəndaşlar haqqında rüsvayedici məlumatlar paylaşılır.
Həmçinin, eyni şəxslər instaqramda “lala_cavanova” adlı profildən oxşar paylaşımlar edirlər.
Sosial şəbəkə istifadəçisi olan şəxslərin özəl fotoları (xüsusilə toy fotoları), videoları adı çəkilən səhifələrdə təhqiredici formada təqdim edilir.
Musavat.com bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, qeyd edilən məsələ araşdırılır.
İlkin Muradov
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ