İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən "Tomaqavk" raketləri ilə bağlı SENSASİON AÇIQLAMA

Moskva Ukraynaya "Tomaqavk" raketlərinin mümkün tədarükünə “milli hava müdafiə sisteminin gücləndirilməsi ilə” cavab verəcək.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

Putin həmçinin qeyd edib ki, yaxın gələcəkdə Rusiya yeni silah növlərini təqdim edə bilər. Onun sözlərinə görə, bu silahlar “ölkənin müdafiə potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək”.

Ukrayna prezidenti Volodimir Zelenskinin Moskvaya mümkün hücumlar barədə açıqlamalarını şərh edən Putin bunları “göstəriş xarakterli” adlandırıb:

“Bu, sadəcə göstəriş xarakterli bir addımdır. Biz bunu hamımız çox yaxşı başa düşürük”, – deyə Rusiya prezidenti bildirib.

O əlavə edib ki, Rusiya “hər hansı potensial təhdidlərə sakit, peşəkar və əmin addımlarla” cavab verəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR