Onlayn ictimai-siyasi qəzet
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları Şuşaya səfər edib.
Musavat.com APA-ya istinadən xəbər verir ki, heyət Ağdərədən sonra Şuşa şəhərinə gəlib. Qonaqların şəhərdə gəzintisi təşkil olunub. Onlar vaxtilə azərbaycanlı əsir-girovların saxlandıqları və dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanası ilə tanış olacaqlar.
Sabah isə tədbir iştirakçıları Cəbrayıl və Zəngilanda olacaqlar.
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ