Onlayn ictimai-siyasi qəzet
Paytaxtın Nərimanov rayonunda soyğunçuluq hadisəsi olub və avtomobillərdən silsilə oğurluqlar edilib. İki nəfər rayon ərazisində yerləşən marketlərin birində kassada olan pul vəsaitini açıq talama yolu ilə ələ keçirib.
DİN mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş - 35 yaşlı Şirməmməd Məmmədov və 21 yaşlı Rəcəb Qulamov saxlanılıblar. Araşdırmalarla Ş.Məmmədov və R.Qulamovun əlavə olaraq rayon ərazisində 3 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrindən qiymətli əşyalar oğurladıqları da məlum olub.
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ